manera.az
manera.az

“Miras”ın premyerası olacaq... - MANERA

“Miras”ın premyerası olacaq... - MANERA
May ayının 30-u və 31-də saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri - “Miras” tamaşaçılara təqdim olunacaq. .

Teatrın mətbuat xidmətindən manera.az-a veriləm məlumata görə, səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

Tanınmış yazıçı – dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

Hazırda tamaşanın son hazırlıq işləri gedir.

Qeyd edək ki, yeni səhnə əsərinin mövzusu bir ailə daxilində müxtəlif əqidəli insanların fikir ayrılığı, sovet quruluşunun bərpa edilməsi arzusu ilə yaşayan sabiq partiya işçisi və onun silahdaşları, digər tərəfdən firavan həyat naminə ölkəsini tərk edib getmiş gəncin acı taleyi və onun valideynlərinin övladlarına kömək etmək üçün yeganə ümid yeri olan yaşadıqları mənzilin satılmasında görüb, ev sahibi yaşlı atanı yola gətirməkdən bəhs olunur. Hadisələr inkişaf etdikcə qəhrəmanların yanlış olduqları və özlərinin də gözləmədiyi xəbərlərlə rastlaşdıqları məlum olur.

Turan

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31