manera.az
manera.az

"Anamın kitabı" ingilis dilində yenidən səhnədə

📅 24.01.2023 07:37

"Anamın kitabı" ingilis dilində yenidən səhnədə
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin yeni layihəsi olan “Anamın kitabı” tamaşası ingilis dilində nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, fevralın 2-də təqdim olunacaq görkəmli dramaturq Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanan tamaşada əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdən bəhs edir.

Günümüzlə səsləşən, bizi narahat edən və düşündürən mövzu əsərin baş qəhrəmanı olan Ananın timsalında təqdim olunur. Ana övladlarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Beləliklə, Ana övladları ilə mübarizəyə başlayır. Onun qəlbini dəlib-deşən dərd yükü isə səngimir, daha da alovlanır, sanki rəvayətlərdəki əcaib-qəraib bir əjdahaya çevrilir.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.

Xatırladaq ki, tamaşanın ingilis dilində ilk premyerası ötən ilin 15-16 oktyabr tarixlərində keçirilmişdi.


Baxış sayı - 335 | Yüklənmə tarixi: 24.01.2023 07:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031