manera.az
manera.az

“Anamın kitabı” tamaşası göstəriləcək

📅 18.02.2020 11:36

“Anamın kitabı” tamaşası göstəriləcək
Fevralın 28-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin "Anamın kitabı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa göstəriləcək.

Manera.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinovadadır.

Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır.

Səhnə əsərində Azərbaycan xalqının taleyüklü məsələləri bir ailənin timsalında ümumiləşdirilib, müxtəlif dövlətlərə meyili olan ziyalıların səhv yol tutduqları tənqid olunur.

Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.

"Anamın kitabı” tamaşası yüksək ideyasına və dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət daşıyır. Tamaşada qaldırılan məsələlər bu gün çox aktualdır.


Baxış sayı - 1 087 | Yüklənmə tarixi: 18.02.2020 11:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031