manera.az
manera.az

Musiqili Teatrın tarixində bir ilk

📅 10.10.2022 08:10

Musiqili Teatrın tarixində bir ilk
Oktyabrın 15-16-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin yeni layihəsi - "Anamın kitabı" tamaşasının premyerası olacaq.

MANERA.AZ xəbər verir ki, tamaşa Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur.

Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.

Teatrın tarixində ilk dəfə olaraq tamaşa ingilis dilində nümayiş olunacaq.

İngilis dilində hazırlanan tamaşanın əsas məqsədi ana dilimizin təbliğatından ibarətdir.


Baxış sayı - 439 | Yüklənmə tarixi: 10.10.2022 08:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930