manera.az
manera.az

Əməkdar artist Tünzalə Əliyeva vəfat edib

Əməkdar artist Tünzalə Əliyeva vəfat edib
Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat edib.

Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra bir müddət özəl teatrlarda çalışıb. Sonra Gəncə Televiziyasında, sonra Gəncə Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Daha sonra Bakıya gələn aktrisa C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.

Bu teatrın səhnəsində Qəmər (Ə.Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M.Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A.Rəhimov "Pul hərisləri"), Qadın (H.Mirələmov, "Ləyaqət"), Mehriban (Ə.Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü.Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") kimi yaddaqalan rollar ifa edib.

ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcılarından olan "Toppuş bacı" obrazı tamaşaçılar tərəfində xüsusi rəğbətlə qarşılanıb. ATV kanalında "Gülmək qadağandır" şou proqramının aparıcısı olub. Ona yaxın film və serialda maraqlı rollar canlandırıb.

Aktrisa 22 yanvar 2023-cü il tarixində uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Allah rəhmət eləsin.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930