manera.az
manera.az

Əməkdar artist Təvəkkül Əliyev vəfat edib

📅 23.01.2017 18:17

Əməkdar artist Təvəkkül Əliyev vəfat edib



Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Lənkəran Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Təvəkkül Əliyev bu gün ömrünün 66 yaşında qəflətən ürək tutmasından vəfat etmişdir.

Mərhumla bu gün uzun illər çalışdığı Lənkəran Dövlət Dram Teatrında vida mərasimi keçirilib və Bakıda Zabrat qəsəbəsində dəfn olunacaq

Qeyd edək ki,Təvəkkül Əliyev 1951-ci ildə anadan olmuşdur.1973-cü ildə İncəsənət İnistitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. T.Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M.İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olmuşdur. Daha sonra o, N.Xəzrinin "Sən yanmasan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Hikmətin "Bayramın birinci günü", A.P.Çexovun "Yubiley", M.İbrahimovun "Kəndçi qızı", M.Musiyenkonun "Nəsillər, eşidin!", V.Şekspirin "Qış nağılı", H.Cavidin "Topal Teymur", S.Vurğunun "Fərhad və Şirin", Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar", Ə.Əylislinin "Vəzifə" və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yadda qalan obrazlar yaratmışdır.O, səhnə fəaliyyəti ilə yanaşı rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edir.

Xalq artisti Böyükxanım Əliyevanın həyat yoldaşıdır.

Azərbaycan Respublikasının Əməkdar Artistidir. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Allah rəhmət eləsin ruhu şad olsun

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 2 117 | Yüklənmə tarixi: 23.01.2017 18:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031