Yasamal rayon orta məktəbində anım gecəsi MANERA.AZ
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yasamal rayonu Eldar Məmmədov adına 21 saylı tam orta məktəbində anım gecəsi qeyd olunub.
Tədbir ilk öncə Heydər Əliyevin öz çıxışında olan “Azərbaycan” şeir ilə başlanıb.Anım mərasimini giriş sözü ilə Məktəbin Uşaq Birliyi rəhbəri Pərvanə Əliyeva Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, xalqımızın milli iftixarı Heydər Əliyevin həyat və fəaliyyəti, onun vətənimiz üçün kifayət qədər mürəkkəb və kəşməkəşli bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur.
Onun möhtəşəm zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir.
Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, onun dəyərli irsini artıq çoxdan örnək kimi qəbul etmişlər.Digər çıxış edənlər Məktəbin tarix müəlliməsi Leyla Məmmədova direktor müavinləri Zöhrə Yusupova,Gülnarə Süleymanova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışmışlar.
Tədbirdə Məktəbin şagirdləri tərəfindən şeirlər dinlənildi sonra Heydər Əliyevin çoxillik rəhbərlik fəaliyyətinin önəmli məqamlarını əks etdirən filmlərə slaydlara baxış keçirildi.
Turan Etibaroğlu
Manera.az