manera.az
manera.az

Dövlət Bayrağı Günü qeyd olunub- BSU-da | MANERA.AZ

Dövlət Bayrağı Günü qeyd olunub- BSU-da | MANERA.AZ

Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə universitetin rektoru, professor Asif Hacıyev dövlət bayrağının rəmzi mənalarına toxunub, onun milli-mənəvi dəyərlərindən söz açıb. Bildirilib ki, üçrəngli bayraq Azərbaycan dövlətinin suverenliyinin rəmzidir və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributudur. Professor Asif Hacıyev dövlət rəmzlərinin yaradılması, habelə onun geniş ictimaiyyət tərəfindən mənimsənilməsinin Ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin iclasında qəbul edilib.

Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq olunub. Sonradan Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. Prezident İlham Əliyevin18 noyabr 2009-cu il fərmanı ilə hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Əsgər Əhməd çıxışında Azərbaycan ərazisində qədim dövrlərdən mövcud olan dövlət və xanlıqların bayraqları haqqında məlumat verib, bayraqların görüntülərindən ibarət slayd nümunəsini mərasim iştirakçılarına təqdim edib.

Tədbirdə tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunub, BSU-nun Məktəb Lisey Kompleksinin (MLK) şagirdlərinin ifasında vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndirilib.

Aytəkin Qardaşova
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031