manera.az
manera.az

“Unixpadel” Bakıda yeni padel tenis kortunu təhvil verdi - Fotolar

📅 26.12.2022 14:57

“Unixpadel” Bakıda yeni padel tenis kortunu təhvil verdi - Fotolar

“Unixpadel” firmasının icra etdiyi layihənin - Su İdman Sarayının nəzdində padel tennis kortunun açılışı olub.

Manera.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov “Unixpadel” firmasının direktoru Elşən Rəsulov və digər şəxslər iştirak ediblər.

Açılış mərasimindən sonra F.Qayıbov və nazirliyin əməkdaşlarından ibarət iki rəmzi komanda formalaşıb və onlar öz aralarında formal oyun keçiriblər.

Qeyd edək ki, “Unixpadel” firması yarandığı gündən padel kortlarının istehsalı və quraşdırılması sahəsində xidmət göstərir.

Firma bir çox Avropa ölkələri, yaxın Şərqdə, o cümlədən İsveç, Danimarka, Norveç, Finlandiya, Hollandiya, Almaniya, İtaliya, Fransa, Yunanıstan, Belçika və Birləşmiş Ərəb Əmirliklərində və s. böyük ölçülü layihələr icra etmişdir (son 2 ildə 500-dən çox layihə).

Firmanın baş ofisi Türkiyənin İstanbul şəhərində yerləşir; Türkiyədə məhsullarını beynəlxalq padel federasiya standartına uyğun sertifikatlaşdırılan yeganə istehsalçıdır.

Məhəmməd Məmmədli,
Manera.az



“Unixpadel” Bakıda yeni padel tenis kortunu təhvil verdi - Fotolar
“Unixpadel” Bakıda yeni padel tenis kortunu təhvil verdi - Fotolar
“Unixpadel” Bakıda yeni padel tenis kortunu təhvil verdi - Fotolar
“Unixpadel” Bakıda yeni padel tenis kortunu təhvil verdi - Fotolar


Baxış sayı - 486 | Yüklənmə tarixi: 26.12.2022 14:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930