manera.az
manera.az

Gəncədə Türkiyənin bayramı qeyd olunub

📅 20.05.2019 20:07

Gəncədə Türkiyənin bayramı qeyd olunub
Gəncədə Türkiyənin milli bayramı - “19 May Atatürkü anma, gənclər və idman bayramı” qeyd olunub.

Manera.az xəbər verir ki, tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Türkiyənin Gəncədəki Baş konsulluğunun binası önündən Xan Bağına yürüş ediblər. Parkda günün anlam və önəmini simvolizə edən çinar ağaçı əkilib.
Gəncədə Türkiyənin bayramı qeyd olunub
Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk hər il 19 may tarixində qeyd olunan “Atatürkü anma, gənclər və idman bayramı”nın yaranma tarixindən danışıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova isə iki dövlət arasında olan tarixi əlaqələrdən, qardaşlıq münasibətlərindən söz açıb, bu əlaqələrin günü-gündən möhkəmləndiyini vurğulayıb.
Gəncədə Türkiyənin bayramı qeyd olunub
Tədbirdə Gəncə Dövlət Filarmoniyasının solisti, əməkdar artist Kəmalə Tağızadə “Qaradəniz” mahnısını səsləndirib. Gəncə Dövlər Dram Teatrı aktyorlarının ifasında “Xərabət gözəli”ndən parça - Səmazən rəqsi təqdim olunub.

MANERA.AZ


Baxış sayı - 1 109 | Yüklənmə tarixi: 20.05.2019 20:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930