Məhəmmədhüseyn Şəhriyarla bağlı yeni layihə təqdim olunacaq

O taylı bu taylı Azərbaycanın XX əsrdə yetirmiş olduğu ən görkəmli şairlərdən biri, Bütöv Azərbaycanın fəxri olan Məhəmmədhüseyn Şəhriyarın ədəbi irsi elektron formada ictimaiyyətə təqdim olunacaq.
Bu barədə [b]MANERA.AZ-a layihə rəhbəri, tanınmış jurnalist Fərid Azəri məlumat verib.
Onun sözlərinə görə, sözü gedən internet səhifəsi üzərində texniki və yaradıcılıq işləri tamamlanmaq üzrədir. Saytda dahi şairimizin əlyazmaları, “Heydərbabaya Salam” poeması, İrandan əldə olunmuş kitablarının elektron versiyası və səsləndirdiyi şeirləri, həmçinin Şəhriyar irsinin tədqiqatçıları ilə müsahibələr toplanacaq.
F. Azəri onu da bildirib ki, gələcəkdə Bakıda və bölgələrdə Şəhriyar günlərinin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, layihənin sponsoru “PALMALİ” şirkətlər qrupu, media dəstəkçi "MANERA.AZ" saytıdır.
Layihəylə bağlı ən son məlumatlar Manera.az saytında dərc olunacaq.
Məhəmməd Məmmədli,
Manera.az