manera.az
manera.az

Bölgələrdə yaşayan rəssamlarla bağlı yeni layihə

📅 25.07.2020 12:18

Bölgələrdə yaşayan rəssamlarla  bağlı yeni layihə
Bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yeni layihəyə start verilir.

Qalereyadan Manera.az-a bildirilib ki, bu layihənin əsas məqsədi bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, şöhrət və nüfuz qazanacaqları əhatəni daha da genişləndirməkdən ibarətdir. Bununla da rəssamlar mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrini sıxlaşdıracaq və regionlarda rəssamlıq işinin keyfiyyətini artıra biləcəklər.

Bəzən rəssamlar yaradıcılıq fəaliyyətinin nəticələrini (başqa sözlə əsərlərini), bədii fikir və axtarışlarını, konsepsiyalarını özlərində saxlamaqla kifayətlənir, geniş ictimaiyyətin bununla tanış ola bilməsi üçün zəruri addımları ata bilmirlər. Əgər bu fəaliyyətin tərkibinə əməkdaşlıq elementi daxil edilərsə, o zaman rəssamlar birgə işin, dərin təhlilin üstünlükləri ilə tanış olacaqlar. Həmçinin öz yaradıcılıq mühitinin müsbətə doğru dəyişilməsi üçün təsir imkanlarına malik olacaqlar.

Bunun üçün bölgələrdə yaşayan rəssamlar öz bioqrafiyalarını, əlaqə nömrələru, əvvəlki təcrübələri və cari fəaliyyətləri haqqında məlumatları qalereyas@bk.ru ünvanına göndərmələri kifayət edəcək.

Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.


Baxış sayı - 685 | Yüklənmə tarixi: 25.07.2020 12:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031