manera.az
manera.az

Dərdini daşlarla bölmüsən, ata! - İtkin düşən neftçinin oğlu | MANERA.AZ

📅 08.12.2015 22:05

Dərdini daşlarla bölmüsən, ata! - İtkin düşən neftçinin oğlu | MANERA.AZ
manera.az
4 dekabr saat 12:30 radələrində güclü tufan nəticəsində "Neft Daşları" NQÇİ-nin 501 saylı özülündə köşk qarışıq dənizə düşən 3 neftçidən biri də BSU-nun jurnalistika fakültəsinin məzunu Cəfərov Bəhruzun atası Cəfərov Bəhman Nadir oğludur.

Bəhruzun atasına yazdığı şeiri oxuculara təqdim edirik:

Bir-bir dərk edirəm əzablarını,
Sən nə zülümlərə dözmüsən, ata?!
Qabarı müqəddəs əllərin ilə
mənim taleyimi yazmısan, ata.

Alovdan keçmisən, oddan keçmisən
Bəzən kipriyinlə köz götürmüsən.
Bəzən bir alçaqdan, bir şərəfsizdən
bizim xətrimizə söz götürmüsən.

Dərdinə sarılıb ağlamısan da,
bizim üzümüzə gülmüsən,ata.
bizdən gizlətmisən göz yaşlarını
dərdini daşlarla bölmüsən, ata.

Hər dəfə yıxılıb yolda qalanda
qaldırıb əlimdən sən tutmusan, sən!
Hardasa bir kiçik uğurum olsa,
bütün dərdlərini unutmusan sən.

Əlini heç zaman çəkmə çiynimdən,
məni azdırmasın bu yollar, ata.
Dostum,qardaşımsan sən həm də mənim,
mənim səndən başqa kimi var, ata?!

Biz də MANERA.AZ olaraq gənc jurnalistə və ailəsinə səbr diləyirik!



Baxış sayı - 1 649 | Yüklənmə tarixi: 08.12.2015 22:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031