“Dənizə bir qərənfil ataq…” - aksiya | MANERA.AZ
![]()
manera.az
Bu gün paytaxt sakinləri Dənizkənarı Milli Parka axışaraq həlak olanların və itkin düşənlərin xatirəsini yad etmək üçün dənizə qərənfillər səpirlər.
"Dənizə bir qərənfil ataq" adı ilə keçirilən aksiyaya müəllimlər, tələbələr, şagirdlər də qoşulub.
Aksiyanın təşkilatçısı Hüseyn İbadlı qeyd edib ki, aksiyaya qoşulmaq üçün facebook sosial şəbəkəsi vasitəsilə müraciət edilib.
Aksiyanın təşkilində məqsədimiz həlak olanların və itkin düşənlərin ailələri ilə kədərimizi bölüşməkdir.
Qəza zamanı itkin düşənlərimizin tezliklə tapılmasına ümid edirik. Həlak olanlara isə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına başsağlığı veririk. Aksiya gecə saatlarınadək davam edəcək.
Qeyd edək ki, SOCAR-ın "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 29 nəfər itkin düşüb, 1 nəfərin cəsədi dənizdən çıxarılıb. Həlak olanların xatirəsini yad etmək məqsədilə dekabrın 6-da ölkə ərazisində matəm elan edilib.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.