manera.az
manera.az

Molla Pənah Vaqif haqqında monoqrafiya çap olunub

📅 04.12.2022 09:27

Molla Pənah Vaqif haqqında monoqrafiya çap olunub
Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif haqqında “Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı” monoqrafiyası çap olunub.

MANERA.AZ xəbər verir ki, kitabın ön sözü akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru Mahirə Quliyeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.

Monoqrafiyada görkəmli Azərbaycan şairi, ictimai və dövlət xadimi Molla Pənah Vaqifin həyat və yaradıcılığından bəhs olunur.

Kitabda şairin Azərbaycan poeziyasındakı mövqeyi, yaradıcılığının müxtəlif aspektlərdən təhlili ilə yanaşı, ədəbi irsinin nəşri və tədqiqi tarixi, ədəbiyyatda bədii obrazı da təqdim edilir.

Molla Pənah Vaqif haqqında monoqrafiya çap olunub


Baxış sayı - 626 | Yüklənmə tarixi: 04.12.2022 09:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930