manera.az
manera.az

Vətən Müharibəsi Qəhrəmanından bəhs edən poema çap olundu

📅 26.05.2021 08:01

Vətən Müharibəsi Qəhrəmanından bəhs edən poema çap olundu
Elnur Uğurun "Hadrut fatehi" adlı yeni kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, “Hadrut fatehi” Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun həyatı və döyüş yolundan bəhs edən poemadır.

Əsərdə XTQ-nin baş giziri olan qəhrəmanımızın öz dəstəsi ilə keçdiyi şanlı döyüş yolu, göstərdiyi şücaətlər qələmə alınıb.

Hadrutun işğaldan azad edilməsində müstəsna xidməti olan Camal İsmayılovun döyüşçü obrazı əsər boyu öz qəhrəmanlığı ilə zəfərdən-zəfərə qoşan Azərbaycan hərbçisinin gücünü və qətiyyətini özündə əks etdirir.

"Elm və təhsil" nəşriyyatında çap olunan kitabın redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru Azər Turandır.


Baxış sayı - 616 | Yüklənmə tarixi: 26.05.2021 08:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031