manera.az
manera.az

Vaqif Poeziya Günlərinin tarixi məlum oldu

📅 05.07.2022 11:23

Vaqif Poeziya Günlərinin tarixi məlum oldu
Builki Vaqif Poeziya Günlərinin dəqiq tarixi məlum olub.

MANERA.AZ xəbər verir ki, ədəbiyyat tədbiri iyulun 13-dən 15-dək Şuşa şəhərində keçiriləcək.

Tədbir çərçivəsində Molla Pənah Vaqifin Məqbərəsinin önündə və Azərbaycanın mədəniyyət paytaxtının digər tarixi yerlərində poeziya nümunələri səsləndiriləcək. Azərbaycan Yazıçılar Birliyi poeziya günlərinə hazırlıq işlərini yekunlaşdırıb.

Qeyd edək ki, Vaqif Poeziya Günlərinin əsası 1982-ci ildə qoyulub. Şuşa ermənilərin işğalı altında olduğu dövrdə bu tədbir keçirilməyib. Ötən il Vaqif Poeziya Günləri bərpa edilib. Mərasim Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksinin önündə keçirilib.


Baxış sayı - 722 | Yüklənmə tarixi: 05.07.2022 11:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930