manera.az
manera.az

ADU-da Xalq şairi Ramiz Rövşənlə görüş - Foto

ADU-da Xalq şairi Ramiz Rövşənlə görüş - Foto
Aprelin 22-də Azərbaycan Dillər Universitetində Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, ADU-nun rektoru, Xalq yazıçısı Kamal Abdulla şairi universitetdə görməkdən məmnun olduğunu bildirib, Ramiz Rövşən yaradıcılığından söhbət açıb. Kamal Abdulla bildirib ki, Ramiz Rövşən şair, tərcüməçi, kinossenarist, ədəbiyyatşünas kimi adını Azərbaycan mədəniyyət tarixinə yazdırmış şəxsdir.

ADU-nun Filologiya fakültəsinin dekanı Şahin Xəlilli Ramiz Rövşənin bir şair kimi, bir insan kimi yüksək intellektindən, humanizmindən və istedadından danışıb. Qeyd olunub ki, Ramiz Rövşən dünyanın böyük şairləri ilə müqayisə olunur və bu, Azərbaycan üçün böyük uğurdur.

ADU-nun professoru Əsgər Zeynalov görüşün əhəmiyyətindən söhbət açıb və tələbələri bu görüşdən faydalanmağa səsləyib.
ADU-da Xalq şairi Ramiz Rövşənlə görüş - Foto
Pedaqogika üzrə fəlsəfə doktoru Oqtay Abbasov çıxışında Ramiz Rövşən yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən danışıb.

Təhsil-1 fakültəsinin tələbəsi Sərvər Qəhrəmanlı şairin sözlərinə yazılmış “Bağışla” mahnısı ifa edib, Filologiya fakültəsinin tələbəsi Aysel Əlibabalı şairin “Nə çoxmuş dünyanın yükü” və Təhsil-1 fakültəsinin tələbəsi Fidan Mikayılova “Mən elə bilirdim ölərəm sənsiz” şeirlərini qiraət ediblər.

Sonda Xalq şairi Ramiz Rövşən Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdən məmnun olduğunu deyib. Şair görüşdə şeirlərini səsləndirib, poeziya və həyat haqqında fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930