manera.az
manera.az

Ərdoğan Elçin Əfəndiyevə mükafat verdi

📅 03.12.2022 13:12

Ərdoğan Elçin Əfəndiyevə mükafat verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı yazıçı Elçin Əfəndiyevə Türkiyənin ədəbiyyat sahəsində olan “Necip Fazıl” mükafatını təqdim edib.

MANERA.AZ xəbər verir ki, mükafatlandırma mərasimi İstanbulun Atatürk Mədəniyyət Mərkəzində baş tutub.

Ərdoğan çıxışı zamanı deyib ki, E.Əfəndiyev bir çox dilə tərcümə edilmiş hekayə və romanları ilə insanların sevgisini qazanıb.

“Bu mükafatın Türkiyə-Azərbaycan dostluğu və həmrəyliyinin dünyada örnək olduğu bir zamanda verilməsinin fərqli bir mənası var. Əfəndiyev qardaşımızın əsərləri və varlığı ilə bu dostluğun mədəniyyət və elm sahələrində bayraqdarlarından biri olmağına davam edəcəyinə inanır, onu təbrik edirəm”, – deyə Türkiyə Prezidenti əlavə edib.


Baxış sayı - 431 | Yüklənmə tarixi: 03.12.2022 13:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031