Bilal Ərdoğan: "Mədəniyyətimizi itirsək, müstəqilliyimizi itirərik"
![]()
"Milli Yaylaq Festivalı"nın açılışında Bilal Ərdoğan da iştirak edib
Manera.az xəbəbr verir ki, Gədəbəy rayonunda təşkil olunan festivalın açılışınına qatılan Dünya Etnoidman Konfederasiyasının sədri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan iştirakçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayaraq bildirib ki, belə bir festivalın təşkili Azərbaycanda milli idman növlərinin inkişafına güclü dəstəyin olduğunu göstərir.
B.Ərdoğan Milli Yaylaq Festivalının təşkilinin Azərbaycanda milli idman növlərinin inkişafına güclü dəstəyin olduğunu göstərdiyindən bəhs edərək, qeyd edib ki, Azərbaycanda xüsusilə də uşaqlar, gənclər öz milli idman növlərini öyrənməli, onları yaşatmalıdırlar.
B.Ərdoğan: "Mədəniyyətimizi itirsək, müstəqilliyimizi itirərik. Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər öz mədəniyyətimizə sahib çıxmasaq, o zaman bizi məğlub etmək istəyənlər arzularına çatarlar" - deyə diqqətə çatdırıb.
Şəhla Aslan,
Manera.az![]()