manera.az
manera.az

Ankarada Müstəqillik Günü qeyd olundu - Fotolar

📅 28.05.2022 06:26

Ankarada Müstəqillik Günü qeyd olundu - Fotolar

Türkiyənin paytaxtı Ankara şəhərində 28 May – Müstəqillik Günü və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə proqram təşkil olunub.

Manera.az xəbər verir ki, Ankarada bir oteldə keçirilən ziyafətdə Türkiyənin vitse-prezident Fuat Oktay, Ankara valisi Vasip Şahin, Böyük Birlik Partiyasının sədri Mustafa Destici, Azərbaycanın Ankaradakı səfiri Reşad Məmmədov və çoxlu qonaq iştirak edib.

Proqramın rəsmi hissəsi Türkiyə ali hakimiyyət orqanlarının təmsilçiləri, qardaş ölkədə akkreditasiya olunan beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri və nümayəndələri, Türkiyə ictimaiyyətinin görkəmli simalarının Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun qəbulu ilə başlayıb.

Daha sonra səfir Rəşad Məmmədov, Türkiyənin vitse-prezidenti Fuad Oktay və səfirliyin nəzdində Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov çıxış ediblər.

“Bir millət, iki dövlət” anlayışı ilə qardaşlığımızın tələblərini yerinə yetiririk. Bu dostluqdan aldığımız güclə bir daha bütün dünyaya bəyan edirik ki, biz eyni xalq olaraq gələcəyə ümidlə baxırıq, bir-birimizdən güc alaraq gələcəyi birlikdə formalaşdırırıq” - deyə Türkiyənin vitse-prezidenti Fuad Oktay çıxışı zamanı qeyd edib.

Anadoluda alovlanan texnologiya məşəli TEKNOFEST-in ilk dəfə xaricdə reallaşdığını və dünəndən etibarən Azərbaycanda başladığını ifadə edən F. Oktay, “Qaspıralı İsmayılın şüarı istiqamətində birliyimizi, həmrəyliyimizi hər cəhətdən gücləndirəcəyik. Türk dünyasının böyük mütəfəkkiri 'Dildə, fikirdə, işdə birlik" şüarına uyğun olaraq birliyimizi, həmrəyliyimizi günü-gündən gücləndiririk” -dedi.

Səfir Rəşad Məmmədov Azərbaycanın qələbəsi ilə nəticələnən 2-ci Qarabağ müharibəsinə də toxunaraq, "Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini, xüsusən də Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı isti dostluğu əldə etdiyimiz nailiyyətlərdə görməzlikdən gəlmək olmaz. Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə ilə münasibətlərimiz iki ölkə prezidentlərinin səyləri ilə pik həddinə çatıb. Nəhayət, Azərbaycan və Türkiyə 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsini imzalayıb, onsuz da mövcud olan strateji müttəfiqlik münasibətlərini rəsmiləşdirib və əbədiləşdiriblər”. dedi.

Proqram bədii hissəsində isə, Azərbaycanın biri-birindən maraqlı sənət nümunələri nümayiş etdiririb.

MANERA.AZ proqramdan görüntüləri təqdim edir:
Şəhla Aslan, Ankara

Baxış sayı - 746 | Yüklənmə tarixi: 28.05.2022 06:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031