Xalq yazıçısı Elçinə beynəlxalq mükafat verildi

Bu günlərdə Türkiyənin məşhur “Star” qəzeti tərəfindən təsis edilmiş “Nəcib Fazil adına Beynəlxalq mükafat”ın “Mədəniyyət və incəsənət” nominasiyası üzrə qalibi Xalq yazıçısı Elçin elan olunub.
MANERA.AZ xəbər verir ki, O, bu nüfuzlu mükafata “İki xalq arasındakı ədəbi-mədəni yaxınlaşmaya verdiyi töhfəyə görə” layiq görülüb.
“Nacib Fazil adına Beynalxalq ödül” Türkiyə Respublikasında məşhur və nüfuzlu mükafatlarından biridir.
Qeyd edək ki, Xalq yazıçısı Elçin qardaş Türkiyədə ən çox əsərləri nəşr olunan müasir yazıçılardan biridir. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” kimi romanları, povest və hekayələri, esseləri ölkənin nüfuzlu nəşriyyatları tərəfindən dəfələrlə çap edilib.
Bunu demək kifayətdir ki, Türkiyədə Xalq yazıçısının otuza qədər kitabı çapdan çıxıb, pyesləri Ankara, Konya, Ərzurum Dövlət teatrlarında, İstanbul Böyük Bələdiyyə Teatrında tamaşaya qoyulub, onun əsərləri əsasında doktorluq dissertasiyası müdafiə edilib.
Elçin Türkiyənin bir sıra nüfuzlu universitetlərinin fəxri doktorudur. 2013-cü ildə görkəmli yazıçının “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyni adlı film Azərbaycan-Türkiyə kinematoqrafçıları tərəfindən iki ölkənin ilk müştərək ekran əsəri kimi tamaşaçılara təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.