manera.az
manera.az

Türk ədəbiyyatının inciləri - 100 cilddə

Türk ədəbiyyatının inciləri - 100 cilddə
Türk dövlətlərinin şair və yazıçılarının əsərlərinin özbək dilinə tərcümə olunduğu “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyası Daşkənddə “Özbəkistan” nəşriyyatında çap edilib.

MANERA.AZ xəbər verir ki, yüzcildlik Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə işıq üzü görüb.

Məlumata görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2019-cu il oktyabrın 15-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən VII Zirvə toplantısında irəli sürülən təkliflər əsasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyasının hazırlanması və nəşri ilə bağlı göstəriş verib.

Özbəkistan Yazıçılar Birliyi və Elmlər Akademiyası tərəfindən hazırlanmış çoxcildlikdə ümumi türk ədəbiyyatının ən yaxşı nümunələri, Özbəkistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, eləcə də Türkmənistan və Macar ədəbiyyatına dair 629 görkəmli şair, yazıçı və mütəfəkkirin əsərləri öz əksini tapıb.

Bildirilir ki, Özbəkistanda bu möhtəşəm layihənin yaradılmasında 200-dən çox tərcüməçi, 100-dən çox ədəbiyyatşünas və mətnşünas, yazıçı, redaktor və rəssam iştirak edib. Kolleksiya 200 min nüsxə tirajla Daşkənddə çap olunub.

Türk ədəbiyyatının inciləri - 100 cilddə






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31