manera.az
manera.az

Türk dünyasının ortaq internet televiziyası fəaliyyətə başladı

📅 29.05.2021 10:37

Türk dünyasının ortaq internet televiziyası fəaliyyətə başladı
Mayın 28-də türk dünyasının ortaq internet televiziyası MEDIATURK TV fəaliyyətə başlayıb.

Manera.az xəbər verir ki, türk dünyasının mediakörpüsü olmağı hədəfləyən televiziya türklərin yaşadığı geniş məkana xitab edəcək.

Müstəqil türk dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla yanaşı türk xalqlarının sıx məskunlaşdığı bütün coğrafiyada olacaq.

Türk dünyasının diasporu, parlamenti, siyasəti, təhsili, ədəbiyyatı, mədəniyyəti, mediası, tarixi, iqtisadiyyatı və səhiyyəsini, demək olar ki, bütün varlığını MEDIATURK TV-də tam şəkildə görə biləcəksiniz.

Televiziyanın təsisçiləri Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev və Əməkdar jurnalist Elşad Eyvazlı, baş redaktoru isə gənc jurnalist Nəzrin Abduldur.


Baxış sayı - 743 | Yüklənmə tarixi: 29.05.2021 10:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930