manera.az
manera.az

“Türk Dövlətləri Birliyi” kitabı özbək dilində

“Türk Dövlətləri Birliyi” kitabı özbək dilində
Milli Məclisin deputatı Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi” fundamental kitabı özbək dilinə tərcümə olunub.

Manera.az xəbər verir ki, kitabı xalqımızın yaxın dostu, jurnalist və politoloq Rüstəm Cabbadov tərcümə edib.

2014-2017-ci illərdə isə bu kitab türk, qazax, qırğız, boşnak, rus və macar dillərində işıq üzü görüb. Kitabda türk xalqlarının şanlı tarixi ilə yanaşı, bu günümüzdəki problemləri də əks etdirilir.

"Türk Dövlətləri Birliyi” kitabı 2013-cü ildə Bakıda çap edilib. Daşkənd tərcüməsi üzərində iş gedərkən müəllif 2020-ci ilə qədər türk dövlətlərinin ictimai-siyasi və mədəni həyatında baş verən hadisələri də topluya daxil edib.

Toplu "Tarixdən doğulan gələcək”, "Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi”, "Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri”, "Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti”, "Sarsılmaz təməllər üzərində və Türk Dövlətləri Birliyinin strategiyası” adlı fəsillərdən ibarətdir.

Kitabın bu ilin sonunadək Daşkənddə nəfis şəkildə çap edilməsi nəzərdə tutulub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031