manera.az
manera.az

Özbəkistan Teatrı Bakıda çıxış edib

📅 17.11.2022 08:39

Özbəkistan Teatrı Bakıda çıxış edib
Özbəkistan Dövlət Akademik Böyük Teatrı Bakıya qastrol səfəri çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edib.

MANERA.AZ xəbər verir ki, bu sənət ocağının yaradıcı heyəti müəllifi özbək bəstəkarı Ənvər Erqaşev olan “Humo” baleti ilə sənətsevərlərin qarşısına çıxıb.

Xatırladaq ki, “Humo” baletinin premyerası 2005-ci ildə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının səhnəsində baş tutub. 2007-ci ildə tamaşaya yazdığı musiqiyə görə müəllif 1-ci dərəcəli Dövlət mükafatı laureatı adına layiq görülüb.

Bu gün isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operası nümayiş etdiriləcək.

Qastrol səfərində Özbəkistanın Böyük Teatrının aparıcı solistləri, Xalq artistləri, vokalçıların və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları iştirak edirlər. Qastrol qrupuna simfonik orkestr, solistlər, xor artistləri və balet truppası daxildir.


Baxış sayı - 395 | Yüklənmə tarixi: 17.11.2022 08:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930