manera.az
manera.az

Üç ölkənin opera ulduzları Bakıda çıxış edəcək

📅 06.06.2019 17:54

Üç ölkənin opera ulduzları Bakıda çıxış edəcək
İyunun 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto”operasının tamaşası keçiriləcək.

Manera.az xəbər verir ki, Azərbaycan Dövlət Opera və Balet Teatrı bu tamaşada Riqoletto partiyasını ifa etmək üçün Belqrad Milli Teatrının (Serbiya) aparıcı solisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Matiç Draqutini dəvət etmişdir. Hersoq rolunda isə Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının solisti, Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Ramiz Usmanov çıxış edəcək.

Opera tamaşasında əsas partiyalardan biri olan Cilda partiyasını Azərbaycanın Əməkdar artisti İnarə Babayeva ifa edəcək.

Tamaşada həmçinin Azərbaycanın Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artist Tural Ağasıyev, solist Nina Makarova və b. çıxış edəcəklər.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

MANERA.AZ


Baxış sayı - 1 150 | Yüklənmə tarixi: 06.06.2019 17:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031