manera.az
manera.az

Belarus və Özbəkistan sənətçiləri Bakıda çıxış edəcək

Belarus və Özbəkistan sənətçiləri Bakıda çıxış edəcək
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Manera.az-a verilən məlumata görə dekabrın 8-də "Trubadur" operasının tamaşası bu dəfə Azərbaycanın tanınmış opera sənətkarları ilə yanaşı, Belarus və Özbəkistanın opera ulduzlarının ifasında səslənəcəkdir.

Tamaşada əsas partiyalardan birini - Leonoranı Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Tatyana Tretyak ifa edəcək. Onun tərəf-müqabili kimi Manriko rolunda Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov çıxış edəcək.

Azərbaycan Opera və Balet Teatrının solistləri - Azərbaycanın Xalq artisti Əkrəm Poladov Ferrando, Əməkdar artistlər Səbinə Vahabzadə -Azuçena, Tural Ağasıyev - Rüis, solisrlərdən Taleh Yahyayev - qraf di Luna, Nina Makarova isə İnes rolunu ifa edəcəklər.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30