manera.az
manera.az

“Sevil” tamaşası təqdim olunub

📅 15.11.2022 11:08

“Sevil” tamaşası təqdim olunub
Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Sevil” (proloqla birlikdə 2 pərdəli opera) tamaşası təqdim edilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli, dirijoru, beynəlxalq müsabiqənin laureatı Orxan Həşimov, rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, rəssamı, Xalq rəssamı Tahir Tahirov, xormeysteri, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeysteri, Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, konsertmeysteri Nüşabə İsadır.

Rolları Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər İnarə Babayeva, Tural Ağasıyev, vokalçılar Taleh Yahyayev, Fatimə Cəfərzadə, Nina Makarova, Urfan Cəfərov, Esmira Məmmədova, Nəzər Bəylərov və başqaları canlanıdırblar.

“Sevil” tamaşası təqdim olunub
“Sevil” tamaşası təqdim olunub


Baxış sayı - 417 | Yüklənmə tarixi: 15.11.2022 11:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031