manera.az
manera.az

"Vaqif" operası nümayiş ediləcək

"Vaqif" operası nümayiş ediləcək
Noyabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar Ramiz Mustafayevin "Vaqif" operasının tamaşası keçiriləcək.

Teatrdan Manera.az-a verilən məlumata görə, tamaşa görkəmli xanəndə, Xalq artisti Xan Şuşinskinin anadan olmasının 120 illiyinə həsr olunub.

Opera tamaşasında teatrın aparıcı solistləri Əməkdar artistləri Ramil Qasımov (Vaqif), Fəridə Məmmədova (Xuraman), Fərid Əliyev (şah Qacar), Cahangir Qurbanov (Eldar), Tural Ağasıyev (Əlibəy), Elnur Zeynalov (Xanəndə), Xalq artisti Əli Əsgərov (Vəzir), solistlərdən beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev (İbrahim xan), Aytən Məhərrəmova (Qarı), Rza Xosrovzadə (Vidadi), Zümrüd Davudova (Gülnar) və başqaları iştirak edəcəklər.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

"Vaqif" operasının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930