manera.az
manera.az

Fikrət Əmirovun iki tamaşası göstəriləcək

📅 13.12.2017 09:55

Fikrət Əmirovun iki tamaşası göstəriləcək
Dekabrın 17-də Akademik Opera və Balet Teatrı Fikrət Əmirovun 95 illik yubileyi ilə əlaqədar "Min bir gecə", dekabrın 20-də isə "Sevil" operasının tamaşasını göstərəcəkdir.

Teatrdan MANERA.AZ-a verilən xəbərə görə, "Min bir gecə" baletində əsas rolları Əməkdar artist Makar Ferştandt (Şəhriyar), solistlər Cəmilə Kərimova (Şəhrizad), Leyla Narimanidze (Nuridə), Anar Mikayılov (Nuridənin sevimli qulu) ifa edəcəklər.

"Sevil" operasında isə Azərbaycanın Xalq artisti Azər Zeynalov (Balaş), Əməkdar artistlər İlahə Əfəndiyeva (Sevil), Afaq Abbasova (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Atakişi), Əliəhməd İbrahimov (Babakişi) və b. çıxış edəcəklər.

Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcəkdir.


Baxış sayı - 1 190 | Yüklənmə tarixi: 13.12.2017 09:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031