manera.az
manera.az

Azərbaycanlı yazar Qazaxıstanda nüfuzlu ədəbi mükafat aldı

📅 07.07.2019 11:00

Azərbaycanlı yazar Qazaxıstanda nüfuzlu ədəbi mükafat aldı
Qazaxıstan Yazıçılar Birliyi Azərbaycanlı yazar, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalını “Alaş” xalqlararası ədəbi mükafatı ilə təltif edib.

Manera.az xəbər verir ki, mükafat yazarımıza 4-5 iyul tarixlərində qardaş ölkənin paytaxtı Nur-Sultan şəhərində keçirilmiş “Avrasiya paytaxtları Yazıçıları, Şair və Publisistlərinin I Xalqlararası Forumu”nda təqdm edilib.

Qazaxıstanın müstəqillik dövrünün ədəbiyyat sahəsində ən nüfuzlu ictimai mükafatı sayılan və ədəbi uğurları ilə seçilən qazax yazarları ilə yanaşı ildə bir dəfə bir xarici ölkə yazarına da verilən “Alaş”, ötən illər ərzində fərqli ölkələrdən olan tanınmış ədiblərə, ədəbiyyat və onun təbliği sahəsində xüsusi xidməti olan yazarlara verilir, onların özkeçmişində xüsusi yer alır.

Qeyd edək ki, bu yazarımızın qardaş ölkədən aldığı 3-cü medaldır. 2015-ci ildə “Jalın” dərgisində çıxmış şeirlərinə görə “Tölegen Ayberqanov”, 2018-ci ildə “Yeni Qazax şeiri antologiyası”na görə L.Qumilyov adına Avrasiya Uni­ver­sitetinin “Gültegin” medalına layiq görülən Ə.Qoşalı, həmçinin Qazaxıstan Mə­dəniyyət və İdman Nazirliyinin fəxri fərmanına layiq görülüb (2017).

Azərbaycanlı yazar Qazaxıstanda nüfuzlu ədəbi mükafat aldı
Azərbaycanlı yazar Qazaxıstanda nüfuzlu ədəbi mükafat aldı

MANERA.AZ


Baxış sayı - 1 082 | Yüklənmə tarixi: 07.07.2019 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031