manera.az
manera.az

Xalq yazıçısı Rüstəm İbrahimbəyov vəfat etdi

Xalq yazıçısı Rüstəm İbrahimbəyov vəfat etdi
Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, məşhur kinodramaturq Rüstəm İbrahimbəyov vəfat edib.

MANERA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bildirilib ki, R.İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə dünyasını dəyişib.

Dəfn barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Rüstəm İbrahimbəyov 1939-cu fevralın 5-də Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. O, Azərbaycan Neft və Kimya İnsitutunu bitirib, sonralar Moskvada S.A.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onun əsərləri əsasında 50-dən çox bədii film, televiziya filmləri və tamaşalar çəkilib.

Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

R.İbrahimbəyov Moskvada yaşayırdı.

Allah rəhmət eləsin.


Baxış sayı - 562 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728