manera.az
manera.az

Natəvanın özbək dilində kitabı təqdim olunub - FOTO

📅 09.10.2022 18:48

Natəvanın özbək dilində kitabı təqdim olunub - FOTO
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın əsərlərinin özbək dilinə tərcümə olunmuş kitabı nəşr edilib və Bakıda 8-ci Beynəlxalq Kitab Sərgisində təqdimat mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, kitab özbək şairə Şəhla Qasımova tərəfindən özbək dilinə tərcümə edilib.

Təqdimat mərasiminə Azərbaycan və Özbəkistan ədəbiyyat nümayəndələri, sərgi iştirakçıları qoşulublar.

Mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynov, özbək şairə Xosiyat Rüstəm çıxış ediblər.

Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin stendi təşkil edilib. Stenddə Azərbaycana dair Özbək dilinə tərcümə edilmiş nəşrlər sərgilənir.

Nəşrdə Xurşidbanu Natəvanın əsərləri həm Azərbaycan dilində, həm də Özbək dilində təqdim olunur. Bundan başqa, şairənin irsi, əl işləri, çəkdikləri rəsmlər kitabda öz əksini tapıb.

Kitaba akademik Rafael Hüseynov ön söz yazıb. Kitab Şuşa ili münasibətilə nəşr edilib.

Natəvanın özbək dilində kitabı təqdim olunub - FOTO


Baxış sayı - 486 | Yüklənmə tarixi: 09.10.2022 18:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031