manera.az
manera.az

“Kitabi-Dədə Qorqud” özbək dilinə tərcümə olundu

📅 28.01.2022 10:29

“Kitabi-Dədə Qorqud” özbək dilinə tərcümə olundu
"Kitabi-Dədə Qorqud" dastanı özbək dilinə tərcümə olunub.

Nazirlikdən MANERA.AZ-a verilən məlumata görə, dastana daxil olan on iki boyu özbəkistanlı alim, tərcüman Babaxan Şarif özbək dilinə çevirib.

Dastan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi əsasında tərcümə olunub.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu il ““Kitabi Dədə Qorqud” dastanı Azərbaycan, türk dünyası şifahi xalq ədəbiyyatının zirvəsi, ən qədim yazılı abidəmiz” adlı beynəlxalq konfransın keçirilməsini, habelə özbək dilinə tərcümə olunmuş dastanın Daşkənddə nəşrini planlaşdırır.


Baxış sayı - 818 | Yüklənmə tarixi: 28.01.2022 10:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031