manera.az
manera.az

"Dədə Qorqud"un özbəkcə təqdimatı keçirilib - FOTO

"Dədə Qorqud"un özbəkcə təqdimatı keçirilib - FOTO
Beynəlxalq Muğam Mərkəzində özbək dilinə tərcümə edilmiş “Kitabi-Dədə Qorqud” dastanının təqdimat mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevlə yanaşı, bir sıra dövlət və mədəniyyət xadimləri də iştirak ediblər.

E.Əliyev “Kitabi-Dədə Qorqud” dastanında türk xalqlarının tarixi coğrafiyasının əhəmiyyətindən danışıb: "Hər mədəniyyət sözlə başlayır, söz cümlə, cümlə isə kitab olur. Böyük xalqlar isə bu kitabı dastana çevirir. "Kitabi-Dədə Qorqud" dastanı böyük türk toplumunu, türk xalqlarını özündə ehtiva edir".

Qeyd olunub ki, "Kitabi-Dədə Qorqud" dastanının özbək dilində nəşri Azərbaycan və Özbəkistan dostluğuna fayda verəcək.

Tədbirdə çıxış edən professor İsa Həbibbəyli bildirib ki, bu gün türk dünyasının böyük ədəbi nümunəsi olan "Kitabi-Dədə Qorqud"un özbək dilinə tərcümə olunması Azərbaycan ve Özbəkistan arasında xüsusi əhəmiyyətli mədəni hadisədir: "Bu dastana dünyada böyük maraq yaranıb. Dünya dastanlarını və "Kitabi-Dədə Qorqud" dastanını tərəzinin gözünə qoysaq, ikincisi ağır gələr".

Qeyd edək ki, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, adət və ənənələrini təbliğ etmək məqsədilə “Kitabi-Dədə Qorqud” dastanı haqqında vikipediada özbək dilində bölmə də yaradılıb.

"Dədə Qorqud"un özbəkcə təqdimatı keçirilib - FOTO
"Dədə Qorqud"un özbəkcə təqdimatı keçirilib - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30