manera.az
manera.az

Tanınmış özbək şairi Azərbaycanın Vətən müharibəsindən kitab yazdı

📅 28.07.2021 09:29

Tanınmış özbək şairi Azərbaycanın Vətən müharibəsindən kitab yazdı
Özbəkistanda tanınmış şair Xasiyyət Rüstəmin Azərbaycanın Vətən müharibəsindən bəhs edən “44 gün” kitabı özbək və Azərbaycan dillərində çap olunub.

Manera.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan kitabın ədəbi məsləhətçiləri Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və şair-tərcüməçi Fəhriyardır.

Kitabın tərcüməçiləri Əkbər Qoşalı, Rəhmət Babacan, İntiqam Yaşar və Elşən Əzimdir.

Topluda Azərbaycana həsr olunan “Adı Lalə idi o qızın” poeması, “Rahatsız keçən 44 gün” əsəri, “Yuxuma girir Qarabağ” gündəliyi çap olunub.

Topluda həmçinin Xasiyyət Rüstəm haqqında Qənirə Paşayevanın, professor Ramiz Əskərin, şair Əkbər Qoşalının, şair Afaq Şıxlının, həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun və yazıçı Eluca Atalının fikirlərinə də yer ayrılıb.

Tanınmış özbək şairi Azərbaycanın Vətən müharibəsindən kitab yazdı


Baxış sayı - 745 | Yüklənmə tarixi: 28.07.2021 09:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031