manera.az
manera.az

Xalq şairi vəfat etdi

📅 27.09.2022 15:20

Xalq şairi vəfat etdi
Özbəkistanın Xalq şairi Camal Kamal 85 yaşında dünyasını dəyişib.

MANERA.AZ xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.

Camal Kamalın əsas xidmətlərindən biri Müqəddəs “Qurani-Kərim”i özbək dilinə tərcümə etməsidir. Tanınmış şair dahi Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilinə tərcüməsini başlamış, 2021-ci il “Nizami İli” çərçivəsində onun bu tərcümə əsəri yekunlaşmışdır. Bununla da ilk dəfə olaraq dahi Nizami Gəncəvinin bütün əsərləri özbək oxucularına öz ana dillərində təqdim edilib.

Özbəkistanın Xalq şairi Camal Kamalın bu xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun əmri ilə "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı ilə təltif edilib.

Şair bir sıra Azərbaycan şairlərinin - Məhəmməd Füzuli, Xəlil Rza, Bəxtiyar Vahabzadənin əsərlərini də özbək dilinə çevirib.

Allah rəhmət eləsin.

Xalq şairi vəfat etdi
Xalq şairi vəfat etdi


Baxış sayı - 453 | Yüklənmə tarixi: 27.09.2022 15:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031