manera.az
manera.az

"Kitabi-Dədə Qorqud” Pakistanda çapa hazırlanır

📅 07.09.2022 17:18

"Kitabi-Dədə Qorqud” Pakistanda çapa hazırlanır
Azərbaycan xalqının ədəbi-mədəni pasportu olan “Kitabi-Dədə Qorqud” eposunun Pakistanda urdu dilində nəşr edilməsi qərara alınıb.

MANERA.AZ xəbər verir ki, “Kitabi-Dədə Qorqud”un urdu dilində nəşri Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Huşkun ön sözü ilə açılacaq.

Eposun urdu dilində nəşri üçün AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli “Azərbaycan xalqının Ata kitabı” adlı geniş məqalə yazıb.

“Kitabi-Dədə Qorqud” eposu urdu dilinə Pakistan Ədəbiyyat Akademiyasının əməkdaşları tərəfindən tərcümə olunub.

Eposun bu ilin oktyabr ayında Azərbaycanda dövlət müstəqilliyinin bərpası gününə qədər İslamabadda çapdan çıxması nəzərdə tutulur.


Baxış sayı - 572 | Yüklənmə tarixi: 07.09.2022 17:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930