manera.az
manera.az

"Kitabi-Dədə Qorqud" italyan dilində işıq üzü gördü - Foto

📅 06.12.2021 16:28

"Kitabi-Dədə Qorqud" italyan dilində işıq üzü gördü - Foto
Azərbaycan xalqının möhtəşəm sənət abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunun Drezden nüsxəsi İtalyada çap olunub.

Manera.az xəbər verir ki, “Kitabi-Dədə Qorqud” eposu İtalyanın tanınmış “Sondro Teti” nəşriyyatı tərəfindən kitab halında nəşr olunub.

“Kitabi-Dədə Qorqud”u italyan dilinə tanınmış italyan türkoloqu Federiko De Renzi eyni zamanda Dədər Qorqudun italyan nəşrinə izahlı giriş sözü də yazıb.

“Kitabi-Dədə Qorqud”un İtalyan nəşri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”: yazılı epos və ya epopeya” adlı geniş ön sözü ilə ictimaiyyətə çatdırılıb.

Müqəddimədə “Kitabi-Dədə Qorqud” eposunun mənşəyi, yaranması, yazıya alınma prosesi, yazılı ədəbiyyat nümunəsi olması, əlyazma nüsxələri və poetikasından geniş bəhs olunur.

İtalyan nəşrində verilmiş “Kitabi-Dədə Qorqud” eposu haqqındakı dünya üzrə elmi və bədii əsərlərin siyahısında Azərbaycan Qorqudşünaslığına aid əsərlərə də geniş yer ayrılıb.

Kitabda Dədə Qorqudun dövrünü və yayılma arealını əks etdirən xəritələr və nadir miniatürlər oxuculara təqdim olunub.

"Kitabi-Dədə Qorqud" italyan dilində işıq üzü gördü - Foto


Baxış sayı - 877 | Yüklənmə tarixi: 06.12.2021 16:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930