manera.az
manera.az

Azərbaycan qorqudşünaslığı üçün əhəmiyyətli nəşr

Azərbaycan qorqudşünaslığı üçün əhəmiyyətli nəşr
“Azərbaycan qorqudşünaslığı” elmi araşdırmalar toplusu işıq üzü görüb.

Manera.az xəbər verir ki, Qorqudşünaslıq elminin əsas qaynaqlarını özündə əks etdirən fundamental elmi əsərlər toplusuna XX əsrin birinci yarısında yaşayıb-yaratmış Əmin Abid, Həmid Araslı, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Əzəl Dəmirçizadə, Məmməd Əmin Rəsulzadə kimi klassik Azərbaycan tədqiqatçılarının əsərləri ilə bir sırada ötən yüzilliyin ikinci yarısında – yeni dövrdə elmi fəaliyyətə başlayıb eposun alt qatdakı məziyyətlərini üzə çıxaran Tofiq Hacıyev, İsa Həbibbəyli, Kamal Abdullayev, Bəkir Nəbiyev, Nizami Cəfərov, Fərhad Zeynalov, Samət Əlizadə, Şamil Cəmşidov, Bəhlul Abdulla, Ramazan Qafarlı kimi araşdırıçıların elmi əsərlərinə yer ayrılıb.

Sözügedən toplunun tərtibçi və “Ön söz” müəllifi Folklor İnstitutu “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlıdır. Elmi redaktoru isə Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu – İmanovdur.

Qeyd edək ki, kitab AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsi tərəfindən nəşrə hazırlanıb.

“Azərbaycan qorqudşünaslığı” kitabında aşağıdakı tədqiqatlar toplanıb:

1.“Kitabi-Dədə Qorqud” eposunun araşdırılması tarixinə bir nəzər (Ön sözün müəllifi Ramazan Qafarlı)

2.Heydər Əliyev. Milli varlığımızın mötəbər qaynağı

3.Məhəmməd Əmin Rəsulzadə. “Dədə Qorqud” dastanları

4.Əmin Abid. Əşirət dövründəki Azərbaycan ədəbiyyatina aid vəsiqələr

5.Həmid Arasli. “Kitabi-Dədə Qorqud” haqqında

6.Əli Sultanlı. “Kitabi-Dədə Qorqud” və qədim yunan dastanları

7.Məmmədhüseyn Təhmasib. “Dədə Qorqud” boyları haqqında (I və II məqalələr)

8.Əzəl Dəmirçizadə. Sinonimlər müvaziliyi haqqında

9.Mirzə Bala Məmmədzadə. “Dədə Qorqud”

10. Əməd Cəfəroğlu. Dədəm Qorqud hekayələrinin antroponim quruluşu

11.Fərhad Zeynalov, Samət Əlizadə. Tükәnmәz xәzinә

12.Xaliq Koroğlu. “Qorqud kitabı”nda oğuz keçmişi

13.Ağamusa Axundov. “Kitabi-Dədə Qorqud” Azərbaycan dilinin qədim abidəsi kimi

14. Bəkir Nəbiyev. Əxlaqi və estetik məziyyətlər xəzinəsi

15.Tofiq Haciyev. “Dədə Qorqud kitabı”: olan və olmayan boylar

16.Yaşar Qarayev. Bütün xalqların və dövrlərin kitabi

17.Kamal Abdullayev. “Kitabi-Dədə Qorqud”da mifoloji anavariantlar (arxetiplər) sistemi

18.İsa Həbibbəyli. Qorqudşünasliq elminin genişlənən imkanları

19.Nizami Cəfərov. Xanım, hey!

20.Şamil Cəmşidov. “Kitabi-Dədə Qorqud”da coğrafi mühit

21.Ramazan Qafarlı. “Kitabi-Dədə Qorqud”un strukturu


Baxış sayı - 706 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930