manera.az
manera.az

“Könlüm keçir Qarabağdan” şeir müsabiqəsi davam edir

📅 24.07.2022 18:42

“Könlüm keçir Qarabağdan” şeir müsabiqəsi davam edir
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti,
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi,
Azərbaycan Yazıçılar Birliyi


təqdim edir:

Şanlı Zəfər Savaşımıza həsr olunan
“Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi!

Qəhrəmanlarımızdan, işğaldan azad edilən torpaqlarımızdan və tarixi qələbəmizdən bəhs edən şeirlər...

Müsabiqənin şərtləri:

-Müsabiqədə 18-40 yaş arasında müəlliflər yalnız yeni,

indiyədək çap olunmamış şeirləri ilə iştirak edə bilərlər;

-Şeirlər 14-lük Times New Roman şriftlə və 1,5 intervalla word faylında yığılmalıdır;

-İştirakçılar müsabiqəyə şeirlərlə yanaşı şəxsiyyət vəsiqələrinin hər iki üzünü,

fotolarını, ünvan və əlaqə nömrələrini qeyd etməklə qısa tərcümeyi hallarını

müvafiq fayllarda aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər:

kkgsheir@gmail.com

- İyulun 10-dan, sentyabr ayının 10-a qədər müraciət edə bilərsiniz;

Müsabiqə iki mərhələdə aparılacaq, ədəbi nümunələr nüfuzlu münsiflər heyəti tərəfindən dəyərləndiriləcək, ilk mərhələni keçən şeirlər
efirdə təqdim ediləcək, I,II və III yerin qalibləri Zəfər günümüzdə pul və xüsusi mükafatlara layiq görüləcək .


Baxış sayı - 656 | Yüklənmə tarixi: 24.07.2022 18:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031