manera.az
manera.az

Şuşa şəhərinin tarixindən bəhs edən roman nəşr edilib

📅 14.06.2022 16:32

Şuşa şəhərinin tarixindən bəhs edən roman nəşr edilib
Yazıçı Yunus Oğuzun "Cığır" romanı çapdan çıxıb.

MANERA.AZ xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş tarixi romanda 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilir.

Qeyd edək ki, kitabın ilk səhifələrində Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, filologiya elmləri üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözova və filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan əsər haqqında öz fikirlərini bildiriblər.


Baxış sayı - 873 | Yüklənmə tarixi: 14.06.2022 16:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031