manera.az
manera.az

Azərbaycanlı yazıçının romanı Moskvada nəşr edilib

Azərbaycanlı yazıçının romanı Moskvada nəşr edilib
Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvü Sadıq Qarayevin “Sahilsiz təzadlar” romanı Moskvada rus dilində nəşr edilib.

Bu barədə MANERA.AZ-a məlumat verən müəllif qeyd edib ki, elmi, fəlsəfi, detektiv janrda yazılmış iri həcmli bu romanın xarici dildə nəşri müstəqillik dövrü ədəbiyyatımız üçün nadir və faydalı hadisədir.

Kitabın “Ön söz” müəllifi akademik İsa Həbibbəylidir.

Romanda bir sıra elmi-fəlsəfi ideyalarla yanaşı, azərbaycançılıq məfkurəsi, torpaqlarımızın azad edilməsi, Şuşanın beynəlxalq mədəniyyət və elm mərkəzinə çevrilməsi, sürətli bərpa işlərinin aparılması mülahizələri də öz əksini tapıb.

Kitabın redaktorları filologiya üzrə fəlsəfə doktoru, dosent Dilarə Məmmədova, Azər Elşadoğlu, Esmira Fərəcova, rus dilinə tərcümə edən isə Leyla Qədirzadədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930