Parisdə azərbaycanlı gənc rəssamın fərdi sərgisi açılıb

Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Fərhad Fərzəlinin fərdi sərgisi açılıb.
MANERA.AZ verir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə keçirilən sərginin açılışında respublikamızın YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, fransalı jurnalistlər, rəsm həvəskarları və digər şəxslər iştirak ediblər.
Fərhad Fərzəlinin “Tiger is Tiger is a Tiger is a Tiger “adlı sərgisi “Dix9” qalereyasında təşkil edilib.
Bu, azərbaycanlı rəssamın Fransada ilk fərdi sərgisidir.
“Dix9” qalereyasının məqsədi müxtəlif ölkədən olan gənc rəssamları Fransada tanıtmaqdır.
Sərgi fevralın 27-dək davam edəcək.

