manera.az
manera.az

Anadan gizli "Dodaqdan qəlbə" oxumaq... MANERA.AZ

Anadan gizli "Dodaqdan qəlbə" oxumaq... MANERA.AZ
manera.az

Eyni dünyanın sakinləri


Balaca bir otaqda böyüdük hamımız. O hamının içində sən də vardın mən də. O zamanlar yaşadıq biz. Eyni dünyanın sakinləri idik. Qonşuların hələ qonşuluq edə bildiyi zamanlarda. Yadındamı, soyuq qış günlərində nəfəslərimiz isidərdi balaca otağı. Gözlərdən mehribanlıq süzülərdi. Dövlətə işləyən atalarımız yorğun və gileyli dönərdilər evə, zəmanədən və quruluşdan gileyli. Biz isə pioner nişanlarımızı silib parıldadar, qırmızı qalstuklarımızı ütüləyərdik və səhərə kimi yuxuda qırmızı yelkənli gəmilərdə üzərdik. Həndəsə kitabımın enli üz qabığında gizlədərdim "Səfillər"-i, anamdan gizli oxuyardım "Dodaqdan qəlbə"-ni, bir də səndən yalvara-yalvara aldığım "Qara volqa"-nı.

İndi oxuduğum kitabların heç biri o kitabların yerini vermir. Şəhərimizin şəhərlikdən çıxıb tanımadığımız adamlarla, gəlmələrlə dolduğu zamanlarda yaşadıq biz. Atalarımızın az maaşına rəğmən hər mövsümün özünə məxsus ayaqqabıları ilə boz asvaltın qabar olmuş üzünü taptalayan ərköyün. ədəbaz şəhər uşaqları idik. Eyni dünyanın sakinləriydik. Çoxlarının vəsf etdiyi palçıq, yalın ayaqlar, yamaqlı paltarlarla öyünə bilmərik. Tərtəmiz, bahalı olmayan, ləyaqətli uşaqlığımız vardı. Traleybuslarda gedən uşaqlığımız.

Axşamlar kimin ocağı gür yanırdısa, kimin işığı daha parlaq idisə, kimin evi daha isti idisə ora yığışardıq.

İllər keçdi, nə yaxşı ki, gec də olsa yenə bir dünyanın sakini olduğumuza xatırladıq. Həyatımıza artıq "Yad"-"Doğmalar" gəlmşdi. Doğma çünki bir evi, bir otağı, bir yaşamı payılaşırlar bizimlə.Yad çünki uşaqlıqdan qalan bircə müştərək xatirəmiz də yoxdur onlarla. Yoxdur poçt qutularından həyəcanla çıxardığımız "Göyərçin","Pioner"-jurnalları. Həsrətlə gözlədiyimiz məktublar.Yoxdur Mirzə Xəzərin səsində dinlədiyimiz "Azadlığ"-ın xəbərləri. Bəlkə də zaman sevgilər ona görə belə oyuncaq olmazıdı ki, smslərlə göndərilməzdi sevgi sözləri.

Biz o zamanlar yaşadıq. Nə yaxşı ki, yaddaşımızda o günlərin ülvi saflığını bu günə daşıya bildik. Bizim çiynimizdə xatirələrin yükü yoxdur. Xatirələrin taxdığı qanad var. XATİRƏLƏR... Biz bir dünyanın sakinləriyik.

Sumqayıt! Səndə böyük bir parçam qaldı. Oktyabryat nişanım, "Qara volqa", qoşa hörüklü, ərköyüncəsinə büzülmüş dodaqlı balaca bir qız, kapron gəlinciyim, atalı-analı xatərələrim. VƏ eyni dünyanın sakini olduğum əzizlərim!..

MANERA.AZ


Baxış sayı - 2 893 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930