manera.az
manera.az

“Dünyanın üfüqlərini yaxınlaşdıraraq”

📅 05.10.2015 22:01

“Dünyanın üfüqlərini yaxınlaşdıraraq”
Mərkəzi Kəşfiyyat İsarəsinin agenti olan Benjamin İranın nüvə proqramı ilə bağlı gizli tapşırıq alır.

O, Qazaxıstan ərazisində İranın nüvə tullantılarının basdırıldığı yerdə radiyasiya səviyyəsini ölçməlidir. Tapşırığı yerinə yetiridikdən sonra, Federal Təhlükəsizlik Bürosu, İranın əks-kəşfiyyatı və MKİ-in bəzi qurunları Beni ələ keçirməyə çalışırlar. Təqibdən qaçaraq Əfqanıstana gəlib çıxan Ben, məxfi məlumatların olduğu çipi təsadüfən tanış olduğu Xədicənin bədəninə tikir (Bourne Identity filmində olduğu kimi). Ben və Xədicə 27 gün ərzində Qazaxstan, Qırğızıstan, Əfqanıstan, İran, Dubay, İraq, Türkiyə, Kipr, İtaliya, Fransa və Britaniyanda onları gözləyən bütün təhlükələri keçərək ABŞ-a çatırlar. ABŞ-da isə onları daha mürəkkəb vəziyyət gözləyir: amerikanın və yaxın şərqin bəzi qrupları tərəfindən ABŞ prezidentə hazırlanan sui-qəsdin qarşısını almaq üçün, adətən bir-biri ilə mübarizə aparan qurumlar – MKİ, FTB və Çin kəşfiyyatı, əməkdaşlığa başlayırlar.


Kitabda qəhrəmanların insanlıq qarşısında dayanan geosiyasi və qlobal çağırışlar haqqında dialoqları, dini və insani dəyərlər barədə düşüncələri ilə zəngindir. Eyni zamanda əsərdə baş qəhrəmanlar – Ben və Xədicə arasında yaşanan sevgi əsas yer tutur.

Qeyd edək ki, kitabımın təqdimat mərasimi oktyabrın 9-u, saat 19:00-da, Kaspian Biznes Mərkəzdə keçiriləcək.
Ünvan: Cəfər Cabbarlı küç. 40, 2-ci mərtəbə, AAA konfrans otağı.


Baxış sayı - 1 617 | Yüklənmə tarixi: 05.10.2015 22:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031