manera.az
manera.az

Bu ixtisas Azərbaycanda ilk dəfə tədris olunacaq

📅 23.04.2022 17:19

Bu ixtisas Azərbaycanda ilk dəfə tədris olunacaq
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Akademiyasında ilk dəfə tədris olunan "İnformasiya təhlükəsizliyi ixtisası" digər ali məktəblərdə də tədris ediləcək.

MANERA.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, bu ixtisas bu ildən 3, gələn ildən isə 11 ali təhsil müəssisəsində olacaq.

"Burda keyfiyyəti təmin etmək üçün DTX-nin əməkdaşları və beynəlxalq ekspertlərlə birlikdə yeni tədris proqramının yaradılmasının üzərində işləyirik", - deyə nazir əlavə edib.


Baxış sayı - 898 | Yüklənmə tarixi: 23.04.2022 17:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930