manera.az
manera.az

Universitetlərdə əyani tədris tam bərpa olundu

Universitetlərdə əyani tədris tam bərpa olundu
Bu gündən ali məktəblərdə əyani tədris tam bərpa olunub.

Manera.az xəbər verir ki, tədris müəyyən istisnalar olmaqla ənənəvi qaydada həyata keçiriləcək.

Amma Elmi Şuraların qərarı ilə bəzi universitetlərdə mühazirələr onlayn şəkildə oxunacaq.

Bu gün həmçinin orta ixtisas təhsili müəssisələrinin yuxarı siniflərində (V-XI) yeni dərs ili başlayır.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilməlidir.

Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır.

Eyni zamanda, müəllimlərin (professor-müəllim heyətinin) müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılıb.

Bundan başqa, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində yerləşən bufet və yeməkxanaların fəaliyyəti də bir sıra tələblər yerinə yetirilməklə bərpa olunub.

Qeyd edək ki, ali təhsilin bakalavr pilləsi üzrə 171 820, magistr pilləsi üzrə 16 920 tələbənin, orta ixtisas təhsili üzrə 57 693 subbakalavrın təhsil alacağı proqnozlaşdırılır.

2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılıb. IX sinifdə 132 881, XI sinifdə isə 91 538 şagird oxuyacaq.

Xatırladaq ki, ibtidai siniflər üzrə tədris sentybarın 22-də başlayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
1234567
891011121314
15161718192021
22232425262728
293031