manera.az
manera.az

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

📅 02.10.2021 17:47

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb
Oktyabrın 2-də Təhsil naziri Emin Əmrullayev 2020-2021-ci tədris ili üzrə beynəlxalq fənn olimpiada qalibləri ilə görüşüb.

Təhsil Nazirliyindən Manera.az-a bildirilib ki, görüşdə 24 nəfər beynəlxalq fənn olimpiada qalibi və olimpiadalara hazırlıq komandalarının rəhbərləri iştirak edib.

Emin Əmrullayev olimpiada hərəkatının üzvü olan hər bir gəncin gələcəkdə ölkənin ən yaxşı mütəxəssisinə çevriləcəyinə inamını ifadə edib.

Nazir bildirib ki, xüsusi istedadlı gənclər onlarda olan bacarığı düzgün istiqamətləndirməyi bacarmalıdır.

Daha sonra olimpiada qaliblərinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ötən tədris ilində məktəblilərimiz müxtəlif yaş qrupları üzrə müxtəlif miqyaslı olimpiadalardan ümumilikdə 53 medal – 6 qızıl, 15 gümüş, 32 bürünc, 10 həvəsləndirici mükafat qazanıblar.

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb


Baxış sayı - 564 | Yüklənmə tarixi: 02.10.2021 17:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930